THY Mayamiyə uçuşları təxirə saldı

THY Mayamiyə uçuşları təxirə saldı

Türk Hava Yolları(THY) Mayamiyə uçuşları təxirə salıb. SİA "cnnturk"ə istinadən xəbər verir ki, buna səbəb qasırğa ilə bağlı xəbərdarlıq olub.

ABŞ-ın Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarının sahilyanı bölgələrində fövqəladə hal elan edilib, insanların təxliyə edilməsi qərara alınıb. Qasırğanın sürətlə irəliləməsi və güclü yağıntılara səbəb olacağı proqnozlaşdırıldığı üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə