Ötən günün qəzaları 7 nəfər ölüb

Ötən günün qəzaları 7 nəfər ölüb

Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər həyatını itirib.

Yol qəzalarından ən ağırı Balakən rayonunda qeydə alınıb. Həmin qəzada 4 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə