"07” ilə “Land Rover” markalı avtomobil toqquşdu

"07” ilə “Land Rover” markalı avtomobil toqquşdu

Qazax rayonunda yol qəzası baş verib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, "VAZ 21 07" markalı avtomobillə "Land Rover" markalı avtomobil toqquşub. Nəticədə Ramazan Gözəlov və Qazax rayon sakini 1995-ci il təvəllüdlü Əzim Xəlilov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Qazax Diaqnostika Mərkəzində verilən məlumata görə yaralıların vəziyyəti orta ağırdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə