Rusiyanın Dəməşqdəki səfirliyi minaatanların atəşinə tutulub. SİA-nın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə nəticəsində diplomatik missiya əməkdaşlarından xəsarət alan olmayıb. Rusiya XİN-in məlumatına görə, minalardan biri səfirliyin ərazisindəki yaşayış kompleksi yaxınlığında partlayıb: "Yalnız təsadüf nəticəsində səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb. İki mina isə səfirliyin yaxınlığında partlayıb. Diplomatik nümayəndəliyə maddi ziyan dəyib". XİN bəyan edib ki, atəş Suriya paytaxtı yaxınlığındakı Cobardan həyata keçirilib. Cobara isə "Cabhat Fəth əl-Şam" (keçmiş Cabhat əl-Nusra) və "Faylaq əl-Rahman" qruplaşmaları nəzarət edir.
"Cinayətkarların təxribatçı əməllərinə cavab olaraq beynəlxalq ictimaiyyət koordinasiyalı şəkildə terrorla mübarizə səylərini artırmalıdır", -deyə Rusiya XİN bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB