Şəmkirdə toyda dava düşüb, 2 nəfər bıçaqlanıb

Şəmkirdə toyda dava düşüb, 2 nəfər bıçaqlanıb

Dünən Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib. Artıq toyda bıçaqlananların kimliyi məlum olub. Şəmkir şəhərində şadlıq sarayında keçirilən şənlik zamanı gəlinin atası, Şəmkir şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Qasımov və gəlinin bibisi yoldaşı 1957-ci il təvəllüdlü Etibar Məmmədhəsənov bıçaqlanb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralılar Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Şəmkir rayon Polis Şöbəsində cinayti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə