Siyəzəndə yol qəzası oldu, 3 nəfər xəsarət aldı

Siyəzəndə yol qəzası oldu, 3 nəfər xəsarət aldı

Dünən axşam saatlarında Siyəzəndə yol qəzası baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb. Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə