Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 reys təxirə salınıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, buna səbəb bir sərnişinin aeroporta civə axıtması olub. Hava limanından bildiriblər ki, təxirə salınan uçuşların 3-ü daxili, 3-ü isə beynəlxalq reysdir: "Almatı-Tbilisi istiqamətində uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində aparılan şəxsi yoxlama zamanı bir sərnişindən civə tərkibli maye aşkarlanıb. Təhlükəsizlik işçiləri mayeni təhvil verməsini istəyiblər, sərnişin isə xəbərdarlıq etmədən onu zibil qutusuna atıb, nəticədə maye axmağa başlayıb. Bundan sonra sərnişinlər təxliyə edilib".
Məlumatda o da bildirilir ki, təxminən 50 dəqiqə sonra sərnişinlər hava limanına qayıtmağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB