“UAZ” və elektrik sayğacları yandı

“UAZ” və elektrik sayğacları yandı

Paytaxtda avtomobildə yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətininin yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonunda "Azərişıq" ASC-yə məxsus "UAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə