Bakıda yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətininin yaydığı məlumatda bildirilir ki, Nizami rayonunda "SOCAR"-ın Nəqliyyat İdarəsinin 1 saylı qarajının divarında quraşdırılmış 1 ədəd elektrik sayğacı, 5 p.m kabel və bitişik tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağın, dəhlizin yanar konstruksiyaları 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB