Siyəzəndə yol nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Siyəzəndə yol nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb. "Kia Ria" markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur. Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə