17 yaşlı qız alverçisi DƏHŞƏT

17 yaşlı qız alverçisi DƏHŞƏT

Türkiyədə 17 yaşlı qızın 13 yaşlı qızları pul əvəzində özündən böyük kişilərə satdığı ortaya çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində həmin qızları pul qarşılığında mənimsəyən 3 nəfər şübhəli və həmin 17 yaşlı qız nəzərətə götürülüb.

Qızların pul qarşılığında satılması dərs zamanı ortaya çıxıb. Belə ki, müəllimə 13 yaşlı qızların dərs zamanı telefon istifadə etdiyini gördükdən sonra onu həmin qızların əlindən alıb. Telefona baxış keçirən müəllimə ordakı açıq saçıq şəkillər və yazışmaların olduğunu görüb və bu barədə məktəb direktoruna xəbər edib. Daha sonra polis həmin telefonu nəzərətə götürüb və beləliklə pozğunçuluq hadisəsinin üstü açılıb. Qızlar onların 17 yaşlı qız tərəfindən yaşlarından böyük kişilərə satıldıqlarını etiraf ediblər. Onlardan başqa daha 3 qızın pozğunçuluqla məşğul olduğu da ortaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə