Qadın evində yandı

Sentyabrın 30-da saat 13 radələrində İsmayıllı şəhərində evlərdən birində yanğın olub. SİA DİN-in saytına istinadən məlumatına görə, Səmayə Fərzəliyevaya məxsus evin 66 kvm. sahədə yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Hadisə zamanı yanıq xəsarəti almış S.Fərzəliyeva xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə