Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. SİA-nın məlumatına görə, yoxlamadan əvvəl nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilən sürücü gömrükçülərə yox cavabı verib. Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə sürücünün gömrük əməkdaşlarını aldatmağa çalışdığı üzə çıxıb. Belə ki, avtomobilin salonundan və mühərrik yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstan Respublikasının aksiz markası ilə markalanan ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB