Gəncə-Göygöl yolunda yol qəzası baş verib. SİA-nın xəbərinə görə, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb. "Niva" və "Pejo" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - "Pejo" markalı maşının sürücüsü, 44 yaşlı Bəxtiyar Cəfərov və digər sürücü, Göygöl rayon sakini, 55 yaşlı İlqar Hüseynov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB