FHN açıqladı: Su basmış fərdi yaşayış evlərindən 17 nəfər xilas edilib
Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib. Məlumatda deyilir ki, hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB