Qubada zəncirvarı yol qəzası: İki nəfər xəsarət aldı

Qubada zəncirvarı yol qəzası: İki nəfər xəsarət aldı

Dünən Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun Quba rayonu Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi "İveco" markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə