Gəncədə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Gəncədə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Gəncədə yol nəqliyyat qəzasında ağır bədən xəsarətləri alana piyada ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə sentyabrın 26-da, axşam saatlarında şəhərin "Poçt"qəsəbəsinə gedən yolda "VAZ2107" markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu vurub. Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə