Toy yasa döndü

Göygöl rayonun Yeni Qızılca kəndi ərazisində yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "VAZ 21 07" və "Niva" markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb toy karvanında avtomobillərin bir birinə çırpılmasıdır. Nəticədə "VAZ 21 07" markalı avtomobildə olan Abdullayev Məzahir dünyasını dəyişib. Hadisə zamanı hər iki avtomobildə olan Adilə Abdullayeva, İntiqam Abdullayev, Xalid Həsənov, Cavid Bayramov, Afət Həsənova, Kamil və Amil Bağırov xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onların vəziyyəti kafidir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə