Samuxda keçirilən toyda dava düşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Seyidlər kəndində baş verib. 52 yaşlı Əmrah Qasımov toy mərasimində döyülüb. Həmin şəxs yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Travmatologiya şöbəsinə yerləşdirilən Qasımova bədənin müxtəlif hissələrinin əzilməsi diaqnozu qoyulub.
İlkin ehtimal kimi Əmrah Qasımov toy sahibi tərəfindən döyülüb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB