Sabunçuda "Mersedes" markalı avtomobil yanıb

Sabunçuda "Mersedes" markalı avtomobil yanıb

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus VAZ markalı minik avtomobili ilə "Mersedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yanğın nəticəsində "Mersedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə