Türkiyədə yol qəzası: 68 yaralı

Türkiyədə yol qəzası: 68 yaralı

Türkiyənin Karabük şəhərinin Əskibazar qəsəbəsində iki sərnişin avtobusu toqquşub. Anadolu agentliyi xəbər verir ki, toqquşma nəticəsində aralarında uşaqların da olduğu 68 sərnişin yaralanıb. Yaralılardan 40-ı xəstəxanalara çatdırılıb, digərləri isə yerindəcə yardım göstərildikdən sonra evə buraxılıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə