Şirvanda 8 yaşlı qız bruselyozdan öldü

Şirvanda 8 yaşlı qız bruselyozdan öldü

Dünən Şirvanda 8 yaşlı qız bruselyozdan ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bruselyoz xəstəliyinə yoluxması ehtimal olunan Şirvan sakini, 2008-ci il təvəllüdlü Məmmədova Minar Ruslan qızı vəziyyəti ağırlaşdığından Şirvan şəhər xəstəxanasına aparılıb. Həkimlər azyaşlının xəstəxanaya artıq keçinmiş vəziyyətdə daxil olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə