Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolu ilə Bakı-Qazax magistral yolunun kəsişməsində, Göygöl rayonu ərazisində qeydə alınıb. VAZ 2107 və Göygöl rayon Mərkəzi xəstəxanasına məxsus "QAZel" markalı təcili yardım avtomobili ilə toqquşması nəticəsində VAZ-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB