Şabranda ev yanıb

Şabran rayonunda yanğın olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində rayon sakini, 1947-ci il təvəllüdlü Qasımov Nadir Feyzulla oğluna məxsus, ümumi sahəsi 100 kv. m olan evin 33 kv.m yanıb. Yanğın nəticəsində ev sahibinin nəvəsi, 2002-ci il təvəllüdlü Qasımov Yusif Namiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir. Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə