Antalya sahillərində quru yük gəmisi batıb

Antalya sahillərində quru yük gəmisi batıb

Türkiyənin Antalya sahillərində "Murat Hacıbekiroğlu-2" quru yük gəmisi batıb. Rəsmi məlumata görə, hələlik məlum olmayan səbəbdən qəflətən gəmiyə su dolmağa başlayıb. On nəfərlik şəxsi heyət yaxınlıqdakı konteyner gəmisinin heyəti tərəfindən xilas edilib və Türkiyənin sahil mühafizə xidmətinə təhvil verilib.

Batan gəminin hansı dövlətin bayrağı ilə üzdüyü barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə