Bakıda yanğın

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş umumi sahəsi 60 m2 olan taxtadan ibarət külafrənginin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə