Binəqədidə "Mercedes" markalı minik avtomobili yanıb

Binəqədidə  "Mercedes" markalı minik avtomobili yanıb

Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. FHN-nin saytının verdiyi xəbərə görə, yanğın dünən paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə