Şəmkirdə 3 otaqlı ev yandı

Şəmkirdə daha bir yanğın hadisəsi qeydə alınıb. FHN-in mətbuat xidmətinin məlumatında deyilir ki, Şəmkir rayonu, Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları və damına yığılmış 2,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə