DİN-in ağır yol qəzası ilə bağlı MƏLUMATI

DİN-in ağır yol qəzası ilə bağlı MƏLUMATI

Daxili İşlər Nazirliyi (DİN) Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi "AzSamand" markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.

Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə