Masallıda yanğın olub

Masallıda dünən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Şıxlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin yanar konstruksiyaları 40 m2 sahədə, tövlənin içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu və yaxınlıqda olan ümumi sahəsi 32 m2 olan köməkçi tikilinin dam örtüyü 10 m2 sahədə yanıb. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə