Psixotrop tərkibli dərmanların qarşısı alınıb

Psixotrop tərkibli dərmanların qarşısı alınıb

Ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınıb. SİA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Qasımov Elşən Rasim oğlu 3 saylı İstintaq təcridxanasına daxil olarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman ona məxsus darağın içərisində xüsusi üsulla gizlədilmiş 28 ədəd fenadiazepin və 3 ədəd tramadol həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis idarəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə