Abşeron rayonunda yanğın olub

Səhər saatlarında Abşeron rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 30 m2 olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə