Paytaxtda silahlı şəxs tutulub

Bakıda silahlı şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Rahil Qəniyevdən "TT" tipli tapança, patron darağı və 3 ədəd patron götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə