Suraxanıda dəhşətli avto qəza: 2 nəfər öldü

Suraxanıda dəhşətli avto qəza: 2 nəfər öldü

Dünən Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, iki nəfər ölüb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyət üzrə təhvil veriblər. Əməliyyat saat 04:51-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə