Abşeronda kafedə yanğın olub

Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 60 m2 olan 2 otaqdan ibarət kafenin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, kafenin içərisindəki əşyalar yanğından mühafizə olunub.

Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə