Xaçmazda tövlə yanıb

Xaçmaz rayonunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonun Qaraqurdlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə