Saatlıda 6 otaqlı ev yanıb

Bu gün Saatlı rayonunda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 6 otaqlı evin 2 otağının tavanı 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə