Ağdam və Ağsuda yanğın

Ağdam rayonu, Paşalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın Ağsu rayonunda qeydə alınıb. Belə ki rayonun Yenilik kəndində isə bələdiyyəyə məxsus dağlıq ərazidə 10 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə