Mənzildən meyit tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1941-ci il təvəllüdlü Cəfərov Valeri Ənvəroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Mənzilin qapısı açılıb və vətəndaşın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə