Goranboyda yanğın

Goranboy rayonunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Cinli Boluslu kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 m² sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə