Tovuzda yol nəqliyyat hadisəsi baş verdi, üç nəfər xəsarət aldı
Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. "Niva" və "VAZ2107" markalı avtomobillərin toqquşması nəticəsində "Niva" nın sürücüsü, Qovlar şəhər sakini 1974-cü il təvəllüdlü Müşviq Əliyev və "VAZ"ın sürücüsü və sərnişini, Bayramlı kənd sakinləri iki qardaş 1986-cı il təvəllüdlü Məsim və 1992-ci il təvəllüdlü Əlixan Ələsgərovlar müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Faklta bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB