Sumqayıtda yol qəzası 6 ölü

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi "Volkswagen" və Tovuz rayon sakini Elnur Məmmədovun sürdüyü "VAZ-21102" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və 4 sərnişin hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə