Azərbaycana gizli siqarət gətirmək istədi

Azərbaycana gizli siqarət gətirmək istədi

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçiriblər. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9200 ədəd "Kent" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə