Restoranda yanğın

Masallıda restoran yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Masallı rayonunda istirahət mərkəzində ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə