Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub/. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb. Həmin şəxs aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:23-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB