Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Gəncədə piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Gəncədə avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb. Naməlum avtomobil 1977-ci il təvəllüdlü Səməndər Bayramovu vuraraq hadisə yerindən qaçıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə