Siyəzəndə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Zarat kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 140 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqda olan fermalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə