Masallıda yanacaq doldurma məntəqəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub.
Yanğın saat 3:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB