Şəmkirdə qadın qadını bıçaqlayıb

Şəmkirdə qadın qadını bıçaqlayıb

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən M. Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə