Dəhşət: Ağdaşda ev yandı, 5 yaşlı uşaq öldü

Dəhşət: Ağdaşda ev yandı, 5 yaşlı uşaq öldü

Ağdaş rayonunda faciə ilə nəticələnən yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə